fbpx

Kompleks internet marketinq

Real biznes nəticələri yaradan kompleks həll

bg-image-12

Hazırkı dövrdə marketinq artıq demək olar hər bir şirkətin pis və ya yaxşı formada istifadə etdiyi bir şeyə çevrilmişdir. Bu səviyyədəki bir aktivlik öz növbəsində müasir insanı mesaj bombardmanı altında saxlayır və  bu gurultunun içində hər hansı brendin önə çıxması xeyli çətinləşmişdir.

Nəticəyə yönəlmiş brendlər sadəcə əsaslı strategiya, düzgün icra mexanizmləri, dəqiq targetinq, hədəf auditoriyanı yaxşı formada nəzərə alan effektiv mesaj və vizuallaşdırma ilə önə çıxa bilərlər.

“Generic” şirkəti olaraq nəticə axtaran, uzunmüddətli biznes hədəfləri olan şirkətlərə möhtəşəm nəticələr gətirən internet marketinq startegiyaları formalaşdırmaq üçün bu sahədəki möhkəm təcrübəmizi, analitik ekspertliyimizi ve yaradıcı bacarıqlarımızı tətbiq edirik. Bütün bunlar sayəsində brendinizə rəqibləriniz qarşısında “ədalətsiz üstünlük” qazandırırıq. 

Bazarın ən yaxşısı hələ ki budur

Şirkətimiz tərəfindən təqdim olunan bu xidmət bazarda unikaldır və bir neçə özəlliyi özündə birləşdirir:

  • Kompleksdir (özündə bir neçə xidməti birləşdirir)
  • Nəticə yönümlüdür
  • Sərfəlidir (Təxminən SMM qiymətinə)

Nələr daxildir?

  • Sosial Media Marketinqi (SMM)
  • Google axtarış reklamları
  • Google displey reklamları
  • Youtube reklamları
  • Google Analytics

Necə edirik?

Bu gün Azərbaycan bazarında yüzlərlə irili-xırdalı agentliklər tapa bilərsiniz. Diqqətlə gözdən keçirsəniz bu agentliklərlə çalışan şirkətlərin çox qısa müddətli çaışdıqlarını və xüsusi nəticələr əldə etmədiklərini görəcəksiniz. Onların problemləri haqqında danışmaq niyyətimiz yoxdur, uğur sirrlərimizi bölüşürük:

Bazardakı ortalama marketinq işləri satdığı brendi bə müştərilərini anlamır. Müştərininin davranışını, onu hərəkətə keçirən motivasiyaları və qərarvermə prosesini anlamadan uğurlu nəticə mümkün deyil.
Vəziyyət analiz olunduqdan sonra şirkətinizin hədəflərinə çatması üçün uyğun strategiyanı qururuq. Bu strategiya gözəl görüntü üçün deyil, real nəticələr yaratması üçün qurulur.
Effektiv mesaj "çox maraqlı", "çox kreativ" olan deyil, hədəflədiyi insanı hərəkətə keçirəndir. Kreativi məqsəd deyil, insana çatma və təsiretmə vasitəsi olaraq istifadə edirik.
Çünki analiz olmadan həqiqətən düzgün yolda gedib-getmədiyimizi, nə qədər effektiv nəticələr əldə etdiyimizi görə bilmərik. Analiz marketinq fəaliyyətinin "gözləridir".