fbpx

Layihə haqqında

Doors Gallery Türkiyənin keyfiyyətli qapı brendlərinin məhsullarını Azərbaycan istehlakçısına təqdim edən mağazalar brendidir. Şirkət yeni olmasına baxmayaraq sürətli formada bazarda özünə yer tutmuş və müştəri bazası əldə etmişdir. Şirkətin əsas hədəfi mağaza ziyarətlərini yüksəltmək və bazar payını yüksəltmək idi. Bu hədəfə nail olmaq üçün çoxkanallı internet marketinq apardıq.

1. Əsas hədəfləri və performans indikatorlarını müəyyən etdik.
2. Şirkətin 2 illik məhsul satışlarının performansını incələdik.
3. İndiyə qədər aparılmış internet marketinq fəaliyyətini audit etdik və öncəki datalara əsasən ən effektiv qaynaqları müəyyən etdik.
4. Rəqiblərin fəaliyyətini və açar sözlərin dərin formada araşdırmasını apardıq.
5. Real mühitdə müştəri sorğuları və izləmələri apararaq müştəri davranışını öyrəndik.
6. Şirkətin yeni internet marketinq strategiyasını formalaşdırdıq.
7. Toplanmış insaytlar və strategiya əsasında reklam fəaliyyətini restrukturizasiya etdik.
8. Google Analytics, Hotjar analitika sistemlərini inteqrasiya etdik.
9. LookAlike auditoriyaları formalaşdıraraq ən sürətli nəticələr ala biləcəyimiz potensial alıcıları hədəflədik.
10. Son 2 aylıq veb ziyarətçiləri seqmentləyərək onları davamlı olaraq retargetinq reklamları ilə izlədik.

Bütün bu aparılan işlər effektini göstərməkdə gecikmədi. Sadəcə 6 ay sonra şirkətin aylıq ziyarət sayı 60%-dən çox artmağa başladı. Son statistikaya görə aylıq satış 1 il öncənin satışlarından 118% çox oldu.

Müştəri adı

Doors Gallery

İşlər siyahısı

Marketinq

Canlı baxış Keçid et
digital_marketing_doors_gallery_agentlik